"WhatsApp"a internet olmadan işləyən yeni funksiya əlavə edildi | Banco.az

"WhatsApp"a internet olmadan işləyən yeni funksiya əlavə edildi

Müəllif:Ayşən İmanova/Banco.az

“iPhone” üçün “WhatsApp”ın beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşmağa imkan verən funksiya əlavə olunub.

Banco.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Yenilik “WhatsApp”ın “iOS” üçün 24.15.10.70 nömrəli beta versiyasında müşahidə edilib və onu “TestFlight”a yükləmək olar. Yaxınlıqda yerləşən qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər messencerin "Android" sınaq versiyasında müşahidə edilib. Bununla belə, yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən “Android” versiyasından fərqli olaraq, “iOS” versiyası faylları paylaşmaq üçün QR kodu skan etməyi tələb edir.

Ən sərfəli kredit üçün müraciət et

Ehtimal olunur ki, yenilik qeyri-sabit və ya bahalı internet bağlantısı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək və foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcək.

Bu funksiya “Android” və “iOS”sistemlərində əlçatan olacaq və ötürülən məlumatları qorumaq üçün başdan-başa şifrələnəcək. Yenilik hələ inkişafın ilkin mərhələsindədir, ona görə də onun messencerdə istifadəyə verilmə tarixi açıqlanmayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et