“Toyota” Yaponiya banklarından 5 milyard dollarlıq səhmlərini geri alacaq | Banco.az

“Toyota” Yaponiya banklarından 5 milyard dollarlıq səhmlərini geri alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

“Toyota Motor” maliyyə tərəfdaşları ilə strateji payların azaldılması proqramının bir hissəsi olaraq Yaponiya banklarından və sığorta şirkətlərindən öz səhmlərinin 5 milyard dollardan çoxunu geri almaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında  deyilir.

Avtomobil istehsalçısı çərşənbə axşamı bildirib ki, hər səhm üçün 2,781 yen qiymətinə 806,8 milyard yen (5,14 milyard dollar) dəyərində səhm almaq təklifi verəcək ki, bu da bazar ertəsi bazarın bağlanışında qiymətindən 10% aşağıdır.

“Toyota” “Mitsubishi Financial Group”, “Sumitomo Mitsui Financial Group”, “MS&AD Insurance Group Holdings” və “Tokio Marine Holdings”dən 290,1 milyon səhm almaq niyyətindədir.

Şirkət bu dörd maliyyə şirkətindəki paylarını da satmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, may ayında “Toyota” 2025-ci ilin aprel ayının sonuna qədər öz səhmlərinin 1 trilyonunu geri almaq niyyətində olduğunu açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et