"JPMorgan" Türkiyənin bank sektorunu təhlil edib | Banco.az

"JPMorgan" Türkiyənin bank sektorunu təhlil edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"JPMorgan" Türkiyə banklarının ikinci rüb balans proqnozuna dair qiymətləndirmələr edib.

Banco.az xəbər verir ki, Türkiyənin bank sektorunda əsas diqqətin ikinci rüb üzrə balans hesabatlarına yönəldiyi bir vaxtda "JP Morgan"ın cari təhlili ikinci rübün ən aşağı nöqtə olacağını göstərib.

23 iyul tarixli hesabatda ikinci rübdə bank sektorunda əsas tendensiyaların daha da makro tənzimləmələrin bank balanslarına təsir etməsi fonunda pisləşəcəyi və bu rübün sektor üçün aşağı nöqtəni göstərə biləcəyi bildirilib.

Hesabatda ikinci rübdə bankların maddi kapital gəlirliliyinin orta hesabla təxminən 20 faiz olacağı proqnozlaşdırılıb. Bu rübdə illik inflyasiyanın 35 faiz olacağı və sözügedən vəziyyətin xalis faiz marjasına güclü təzyiq nəticəsində formalaşdığı qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, analitiklər ikinci rübün bu mənada ən aşağı nöqtə olacağını və üçüncü rübdən etibarən xalis faiz marjalarının genişlənəcəyini proqnozlaşdırıblar. Bu vəziyyətin ilin sonuna doğru maddi kapitalda canlanma gətirəcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et