"iPhone 17" modellərinin qiyməti məlum oldu | Banco.az

"iPhone 17" modellərinin qiyməti məlum oldu

Müəllif:Ayşən İmanova/Banco.az

Tanınmış insayder “Ice Universe” 2025-ci ildə görünməli olan iPhone 17 xəttinin texniki xüsusiyyətləri ilə bağlı təfərrüatları açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə “GizmoChina” məlumat yayıb.

Məlumata görə, bütün modellər kadr sürəti artırılmış ekranlarla təchiz olunacaq, lakin kameraların sayı dəyişməz qalacaq. Pro modelləri 12 GB RAM alacaq, aşağı versiyalar isə 8 GB RAM ilə qalacaq.

Ən yadda qalan yeni məhsul iPhone 17 Slim olacaq. O, 6,65 düymlük ekran, A19 çipi və 8 GB RAMa mailik olacaq. Cihazın qiyməti ən azı 1300 dollar olacaq.

Bundan əlavə, xəttə 60 Hz tezlikli 6,1 düymlük ekran, “Apple A18” prosessoru, 48 MP təsvir ölçülü bir kamera və 6 və ya 8 QB əməli yaddaşla təchiz ediləcək “iPhone SE 4” daxil olacaq. Onun qiyməti 500-550 dollar arasında dəyişəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et