Azərbaycandan xaricə turist axını 26% artıb | Banco.az

Azərbaycandan xaricə turist axını 26% artıb

Bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 25,7% artaraq 995,2 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1%, Türkiyəyə gedənlərin sayı 23,7%, Gürcüstana gedənlərin sayı 17,7%, Rusiyaya gedənlərin sayı 15,4% artıb. Gedənlərin 66,4%-ni kişilər, 33,6%-ni qadınlar təşkil edib.

    Ən sərfəli kredit üçün müraciət et

    Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68%-i hava, 29,6%-i dəmir yolu və avtomobil, 2,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

    Ən sərfəli krediti almaq üçün müraciət et