Azərbaycan 1 mlrd. dollarlıq yeyinti məhsulları idxal edib | Banco.az

Azərbaycan 1 mlrd. dollarlıq yeyinti məhsulları idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyun aylarında 1 milyard 131 milyon 483 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,9% və ya 73 milyon 54 min dollar artıb.

Məlumata görə, 2023-cü ilin ilk yarısında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 58 milyon 429 min dollar olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 12,76% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et