Harrisin seçki qərargahı 55 milyon dollar ianə topladı | Banco.az

Harrisin seçki qərargahı 55 milyon dollar ianə topladı

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki qərargahı Amerika lideri Co Baydenin seçki yarışından geri çəkilməsindən sonra 55 milyon dollardan çox ianə toplayıb.

Banco.az xəbər verir ki, bu barədə demokratlar üçün vəsait toplayan “ActBlue” platformasının məlumatlarına istinadən “Politico” qəzeti yazıb.

Qeyd edilib ki, Şərq vaxtı ilə saat 22:00-a olan məlumata görə, Harris kampaniyasına edilən kiçik ianələrin ümumi məbləği 55 milyon dollardan çox olub. Daha əvvəl bildirilmişdi ki, Bayden yarışı tərk etdikdən sonra ilk beş saat ərzində Harris seçki kampaniyası üçün 27,5 milyon dollar toplaya bilib.

“Politico”nun daha əvvəl yaydığı məlumata görə, Baydenin iyun ayının sonuna təxminən 95 milyon dollar təşkil edən kampaniya ianələri, hazırkı prezident yarışdan çıxdıqdan sonra Harrisin kampaniyasına yönəldiləcək. Öz növbəsində "The Washington Examiner" qeyd edib ki, Harris, hansısa başqa siyasətçi partiyanın namizədi olarsa, vəsait donorlara qaytarılmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et