Zukerberqin şirkəti “Ray-Ban” eynək markasının sahibinin payını almaq istəyir | Banco.az

Zukerberqin şirkəti “Ray-Ban” eynək markasının sahibinin payını almaq istəyir

Müəllif:Ayşən İmanova/Banco.az

“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta Platforms” “Ray-Ban eynək markasının sahibi Fransanın “EssilorLuxottica” şirkətinin təxminən 5%-ni almaq üçün danışıqlar aparır.

Banco.az xəbər verir ki, mümkün sövdələşmə haqqında “The Wall Street Journal” mənbələrə istinadən yazır.

Şirkətlər artıq “Meta AI” texnologiyası əsasında “Ray-Ban” smart eynəklərini birgə istehsal edən tərəfdaşdırlar. Bu aksesuarların satışlarının şirkətlərin gözləntilərini üstələdiyi qeyd edilir.

“EssilorLuxottica”nın kapitallaşmasına əsasən, şirkətin 5%-lik payının dəyəri təxminən 4,5 milyard avro təşkil edir. Öz növbəsində Mark Zukerberqin əsasını qoyduğu “Meta”nın bazar dəyəri 1,2 trilyon dollara yaxınlaşır.

Bildirilib ki, “EssilorLuxottica”da pay aldıqdan sonra “Meta” birgə cihazların istehsalını genişləndirməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bu xəbərin fonunda Parisdəki ticarət zamanı “EssilorLuxottica” səhmləri 3,4%, “Meta” səhmləri isə 1,5% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et