Bank Respublika biznes kreditləri üzrə komissiya haqqlarını azaltdı və şərtlərini sadələşdirdi. | Banco.az

Bank Respublika biznes kreditləri üzrə komissiya haqqlarını azaltdı və şərtlərini sadələşdirdi.

<--break->

Kiçik və orta biznes sahibkarlarının rahatlığı və özəl sektorun inkişafı üçün daha əlverişli şərtlərin yaradılması məqsədi ilə, Bank Respublika komissiya haqqlarını azaltdı və 30,000 AZN-dən aşağı olan girovların sığorta tələblərini ləğv etdi.

Beləliklə, indi kiçik və orta biznes üçün biznes kreditləri üzrə komissiya haqqı 1%, kreditin maksimal məbləği - 300 min AZN,  illik faiz dərəcəsi isə 22% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Bank Respublika-dan kredit alan müştərilərə konkret kredit ərizəsindən asılı olaraq illik faiz dərəcəsi üzrə 2%-dək endirim verilə bilər.

Bank Respublika-dan kredit almağın üstünlüklərindən biri krediti banka gəlmədən, bankın vebsaytı, bankomatları və ya Mobil Bank vasitəsi ilə ödəmək imkanlarıdır.