Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında ölkədən 11 milyard 825 milyon 660 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 4 milyard 68 milyon 547 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 7,9% artıb, dəyər baxımından isə 49,3% azalıb.
Qeyd edək ki, yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 31,54% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!