Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 24,8% artaraq 2013-ci il iyulun 1-nə 6,42 mlrd. manata çatıb. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın kredit portfeli illik müqayisədə 31,2% artaraq 2013-ci il iyulun1-nə 4,473 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 518,8 mln. manat təşkil edib.
Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,482 mlrd. manata bərabər olub ki, bu da 2012 ilin iyulun 1-nə nisbətən 40,7% çoxdur.
Bankın məcmu kapitalı il ərzində 61,4% artaraq 765,56 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 340 mln. manata çatdırılıb.
ABB-nın 2013-ci il I yarımillik üzrə xalis mənfəəti illik müqayisədə 44,6% artaraq 24,3 mln. manata çatıb.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 2013-ci il iyulun 1-nə 0,39%, kapitalın gəlirlilik əmsalı (ROE) isə 4,31% təşkil edib. Müqayisə üçün bildirək ki, 2012 ilin iyulun1-də bu göstəricilər müvafiq olaraq 0,34% və 3,90%-ə bərabər olub.