“Alphabet” tarixinin ən böyük sövdələşməsini hazırlayır | Banco.az

“Alphabet” tarixinin ən böyük sövdələşməsini hazırlayır

Müəllif:Ayşən İmanova/Banco.az

“Google”un ana şirkəti “Alphabet” İsrailin kibertəhlükəsizlik startapı “Wiz”i təxminən 23 milyard dollara almaq üçün danışıqlar aparır.

Banco.az xəbər verir ki, danışıqlar uğurla başa çatarsa, bu, “Alphabet” tarixində ən böyük alış ola bilər.

“Wiz”in alınması mühüm və böyüyən biznes olan bulud hesablamalarında “Alphabet”in mövqeyini gücləndirməyə kömək edə bilər. “Google” axtarış və onlayn reklamda olduğu kimi bulud hesablamaları bazarında o qədər də güclü deyil. Şirkət “Amazon” və “Microsoft”dan sonra üçüncü yerdədir, lakin bu biznesə aktiv şəkildə sərmayə qoyur. 

Qeyd edək ki, baş ofisi Nyu-Yorkda yerləşən “Wiz”, dörd il əvvəl qurulduğu gündən bəri təxminən 2 milyard dollar vəsait toplayıb və bu yaxınlarda 12 milyard dollar dəyərində qiymətləndirilib. Ötən ilin sonunda bulud təhlükəsizliyi sahəsində liderlərdən birinə çevrilən şirkətin gəlirləri 350 milyon dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et