2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2032 ədəd minik avtomobili, 276 ədəd isə yük avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 16.5%, yük avtomobili istehsalı isə 68.3% artıb.
Qeyd edək ki, cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 516 ədəd minik, 65 ədəd isə yük avtomobili təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!