Müəllif:Ayşən İmanova/Banco.az
Avropa İttifaqının antiinhisar orqanları “Apple”ın rəqiblərə təmassız ödənişlərə çıxış imkanı vermək təklifini qəbul edib.
Banco.az xəbər verir ki, beləliklə, “Apple” Brüsselin 40 milyard dollarlıq cəriməsindən və Aİ qanunlarını pozan rəsmi ittihamlardan yayına bilib.
Müqavilənin bir hissəsi olaraq, “Apple” üçüncü tərəf tərtibatçılarına “iPhone”cihazlarında NFC çiplərinə və təmassız ödəniş funksiyalarına çıxış təmin etməyi, həmçinin öz öhdəliklərinin yerinə yetirilməsi barədə mütəmadi olaraq Avropa Komissiyasına hesabat verməyi öhdəsinə götürüb.
Qeyd edilib ki, bu qaydalar 10 il müddətində qüvvədə olacaq və bütün bazar iştirakçıları üçün bərabər şərait təmin ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!