“WhatsApp” süni intellektlə foto redaktə funksiyasını sınaqdan keçirir | Banco.az

“WhatsApp” süni intellektlə foto redaktə funksiyasını sınaqdan keçirir

Müəllif:Ayşən İmanova/Banco.az

"WhatsApp" messenceri süni intellektdən istifadə etməklə istifadəçilərə fotoları redaktə etməyə və onlar haqqında məlumat əldə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Banco.az xəbər verir ki, yeni funksiya "WhatsApp"ın Android üçün "2.24.14.20" quruluş nömrəsi ilə beta versiyasında aşkar edilib.

Bu funksiya ilə istifadəçilər şəkilləri təhlil edəcək və şəkillərlə bağlı əlavə suallara cavab verən "Meta"nın süni intellekti ilə söhbətə fotoşəkillər yükləyə biləcəklər.
Məsələn, süni intellektdən fotoşəkildəki obyektləri müəyyən etməyi və ya onun mənasını izah etməyi xahiş edə bilərsiniz. Bundan əlavə, süni intellekt çata daxil edilmiş mətn sorğuları əsasında şəkilləri tez redaktə edə biləcək.

“WhatsApp” istifadəçi məxfiliyini təmin etmək üçün yüklənmiş şəkilləri istənilən vaxt silmək imkanı təqdim edib. “Meta” həmçinin istifadəçilərə öz şəkillərini müxtəlif fon və üslublarda yaratmağa imkan verəcək süni intellektlə işləyən avatar generatoru hazırlayacağını bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni funksiya sınaq mərhələsindədir və yalnız “Android” üçün “WhatsApp”ın beta versiyasında mövcuddur. Onun məhdudiyyətsiz bütün istifadəçilər üçün istifadəyə verilmə vaxtı hələ açıqlanmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et