Muğanbank
Tarix
«Muğanbank» ASC 1992-ci ildə yaradılmışdır. Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olmuşdur. Yarandığı tarixdən etibarən 27 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır. «Muğanbank»ASC Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir.
Bankın missiyası
Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla, yüksək keyfiyyətli xidmət göstərmək üçün motivasiya olunan peşəkar komanda yaratmaq və nəticədə bankın stabil artan gəlirliyini və investisiyaların dəyərinin dinamik artımını təmin etmək.
Bankın şüarı
Hər bir fərdi müştəriyə yüksək keyfiyyətli xidmət göstərmək, korporativ müştərilər üçün nüfuzlu simaya malik olmaq, dövlətə dayaq və dəstək vermək, beynəlxalq səviyyədə tanınmaqdır.
Bankın strategiyası
«Muğanbank» ASC, özünün maliyyə institutları ilə birlikdə müştərilərinə bütün növ maliyyə xidmətlərinin yüksək səviyyədə hıyata keçirən xarici investisiyalı maliyyə holdinqinə çevrilmək.
Bu gün tam məsuliyyətlə bildirmək olar ki, həyata keçirilmiş məqsədyönlü strateji və taktiki planlar nəticəsində «Muğanbank» ASC Azərbaycanda və bir çox xarici ölkələrdə tanınan banklardan biri olmuşdur.
«Muğanbank»ASC hüquqi və fiziki şəxslərə aşağıdakı bank xidmətlərini göstərir:
- əhalidən əmanətlərin qəbulu;
- depozit seyflərinin icarəsi;
- plastik kartlarla əməliyyatlar;
- hər növ valyuta əməliyyatları;
- dünyanın istənilən ölkəsinə valyuta köçürmələri;
- kreditlərin verilməsi (istehlak, avto, ipoteka, biznesin genişləndirilməsi, inşaat, təhsil, ticarət, kənd təsərrüfatı və s.)
Bank respublikada keçirilən investisiya layihələrində fəal iştirak edir, işgüzar əlaqələrin inkişafı və müxbir münasibətlərin genişləndirilməsi istiqamətində aktiv siyasət həyata keçirir. Bankın əsas xarici müxbir bankları kimi «Raiffeisen Zentralbank Ag» (Avstriya), «Alfa Bank» (Rusiya), «Credit Dnepr Bank» (Ukrayna),” Promsvyazbank” (Russiya), “ TBC Bank “ (Gürcüstan) çıxış edir.
Muğanbank, həm beynəlxalq əlaqələrin, həm də Azərbaycanın işgüzar mühitində fəal iştirakın vacibliyini dərk edərək, müxtəlif yerli və xarici qurumların nüfuzlu üzvü olub: Azərbaycan Banklar Assosiasiyası; Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası; Azərbaycan-Türkiyə İş Adamları Birliyi; Azərbaycan Risk Peşəkarları Assosiasiyası; Azərbaycan Mikro-Maliyyə Assosiasiyası; AzeriCard; SWIFT, AZIPS, XÖHKS; MasterCard International; Visa International; Sahibkarlığa Kömək Milli Fondu; Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi; Azərbaycan İpoteka Fondu; Bakı Banklararası Valyuta Birjası; Bakı Fond Birjası; Əmanətlərin Sığortalanması Fondu; Avropa Yenidənqurma və İnkişaf Bankı; Beynəlxalq Maliyyə Korporasiyası; World Business Capital Inc.; NASDAQ OMX Riga; Dünya Bankı; •Xarici Özəl İnvestisiyalar Korporasiyası; ABŞ Beynəlxalq İnkişaf Agentliyi; Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası.
Güclü kadrlar
Bankın əməkdaşlarının operativliyi və professionallığı banka müraciət edən müştərilərin düzgün məlumatlandırılmasına, yüksək xidmət göstərilməsinə şərait yaradır ki, bu da öz növbəsində bankımızın xidmətlərindən istifadə etmək istəyən müştərilərin sayının günbəgün artmasına səbəb olur.
Ünvan | Azərbaycan, Bakı şəh., AZ1052, Ə.Rəcəbli küç. 21 B, |
Telefon | (+994 12) 564 35 11, 564 20 35 |
Filialı | 23 |
Bankomatlar | 36 |
Sayt | www.muganbank.az |
E-poçt | [email protected] |
CEO | Elnur Abbasov |
Ünvan | Azərbaycan, Bakı, Əhməd Rəcəbli 21b, AZ1052 |
Telefon | (+99412) 933 |
Kod | 506162 |
VÖEN | 1400122681 |
Müxbir hesab | AZ41NABZ01350100000000018944 |
S.W.I.F.T | MUGAAZ22 |