“Muğanbank” 9 ayı əməliyyat mənfəəti ilə başa vurub | Banco.az

“Muğanbank” 9 ayı əməliyyat mənfəəti ilə başa vurub

“Muğanbank” əməliyyat mənfəəti əldə etməkdə davam edir.

Bankın maliyyə hesabatlarına əsasən, 2019-cu ilin 9 ayında “Muğanbank”ın cəmi gəlirləri 43 milyon 286 min manat, cəmi xərcləri 40 milyon 299 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 2 milyon 987 min manat əməliyyat mənfəəti yaranıb. Lakin Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 11 milyon 241 min manat ayırdığından cari ilin 9 ayını 8 milyon 254 min manat xalis zərər ilə bağlayıb.

Qeyd edək ki, Bankın zərəri azalmaqdadır. 2019-cu ilin 1-ci rübünün yekununda "MuğanBank"ın zərəri 13 milyon 264 min manat, 2-ci rübünün yekununda isə 9 milyon 825 min manat idi.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr aylarında “Muğanbank”ın cəmi gəlirləri 43 milyon 69 min manat, cəmi xərcləri isə 42 milyon 419 min manat təşkil etmişdi. Cəmi xərclər cəmi gəlirlərdən çıxıldıqdan sonra Bank 650 min manat xalis mənfəət qalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

CƏMİ GƏLİRLƏRİ ARTIB

2018-ci ilin 9 ayında 30 milyon 185 min manat təşkil etmiş faiz gəlirləri 2019-cu ilin 9 ayında 27 milyon 345 min manata düşüb (2 milyon 840 min manat azalma). 2018-ci ilin 9 ayında 12 milyon 884 min manat təşkil etmiş qeyri-faiz gəlirləri 2019-cu ilin 9 ayında 15 milyon 941 min manata yüksəlib (3 milyon 57 min manat artım).

Bankın cəmi gəlirlərinin 217 min manat artması ilə bərabər, xəmi xərcləri  2 milyon 120 min manat azalıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et