Almaniyanın ixracı gözləniləndən çox azalıb | Banco.az

Almaniyanın ixracı gözləniləndən çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın ixracatı may ayında aylıq 3,6 faiz azalıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) may ayı üzrə ölkənin xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ixracat may ayında əvvəlki ayla müqayisədə 3,6 faiz azalaraq 131,6 milyard avroya düşüb.

Aprel ayında qeydə alınan 1,7 faizlik artımın ardından may ayında proqnozlardan çox geriləyən ixrac göstəriciləri diqqət çəkib. Belə ki, proqnozlar bu dövrdə ixracın 1,9 faiz azalacağı istiqamətində idi.

İxracın azalması əsasən Çin ilə ticarətin zəif olması ilə əlaqələndirilib.

May ayında idxal isə 6,6 faiz azalaraq 106,7 milyard avroya düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlərindən kənarlaşdırımış xarici ticarət kəsiri may ayında 24,9 milyard avro olub.

Apreldə ölkənin xarici ticarət kəsiri 22,2 milyard avro idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram