Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 1 iyun tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 483, şöbələrinin sayı 97, ATM-lərin sayı 3061 olub. Bu da mayın 1-i ilə müqayisədə müvafiq olaraq 3 vahid çox, 6 vahid və 41 vahid azdır.
Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 24 188 nəfər təşkil edib. May ayının əvvəlində bank işçilərinin sayı 24 110 nəfər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!