Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2024-cü ilin yanvar-may aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 217 milyon 89 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 71 milyon 670 min dollar və ya 24.8% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.97%-ni təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Azərbaycan 288 milyon 759 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!