Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Müdafiə Nazirliyi kibertəhlükəsizlik xidmətləri göstərmək üçün bir neçə şirkətlə ümumi dəyəri 1,5 milyard dollar olan müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Söhbət “Analytic Services”, “Booz Allen Hamilton”, “McLean”, “CACI”, “Leidos” və “Science Applications International” şirkətlərindən gedir.
Qeyd olunur ki, xidmətlərə strateji planlaşdırma, xərclərinin planlaşdırılması, tədqiqat və təhlil, modelləşdirmə kimi fəaliyyətlər daxildir.
Bizi sosial şəbəkələrdən izləyin!!