Polşa və Baltikyanı ölkələr Aİ-ni müdafiə şəbəkəsi yaratmağa çağırıb | Banco.az

Polşa və Baltikyanı ölkələr Aİ-ni müdafiə şəbəkəsi yaratmağa çağırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqını Rusiya və Belarus sərhədində 700 kilometrlik müdafiə xəttinin tikintisinə pul ayırmağa çağırıb.

Banco.az xəbər verir ki, bu barədə iyunun 27-də Brüsseldə keçiriləcək sammitdə baxılacaq Aİ prezidentinə məktubda deyilir.

"Aİ-nin Rusiya və Belarusla xarici sərhədlərində müdafiə infrastrukturu sisteminin yaradılması Aİ-ni hərbi və hibrid təhlükələrdən qorumaq üçün vacibdir", - deyə məktubda bildirilir.

Qeyd edək ki, bəzi Aİ diplomatları belə yerüstü müdafiə şəbəkəsinin qurulmasının dəyərini təxminən 2,5 milyard avro dəyərində qiymətləndiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram