“Amrahbank”ın yubiley kartları ilə imkanlarınızı artırın! | Banco.az

“Amrahbank”ın yubiley kartları ilə imkanlarınızı artırın!

20 illik yubileyini qeyd edən Amrahbank uğurlarını müştərilərilə paylaşaraq  yeni Visa Classic, Visa Gold və Mastercard  Platinum sahiblərinə illik 5% gəlir  təklif edir.  

     Yubiley kartları, SMS xəbərdarlıq və internet bank xidmətləri  pulsuzdur, sığorta depoziti tələb olunmur.  

     Pulsuz yubiley kartlarına sahib olmaq istəyirsinizsə, hesabınıza Visa Classik üçün ilkin 100 AZN/USD, Visa Gold üçün – 500 AZN/USDMastercard Platinum üçün -1000 AZN/USD-dən başlayaraq ilkin mədaxillər edə bilərsiniz. Digər cari hesablardan fərqli olaraq yubiley kartlarda hesabınızın qalığına  illik 5% olmaqla gündəlik faizlər hesablanacaqdır.  Bundan başqa hesabınızdakı vəsaitin istənilən vaxt nağd əldə edilə bilməsi, ilkin mədaxilin kart hesabının valyutasına uyğun tətbiq edilməsi, onlayn ödənişlər, ticarət obyektlərində, kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, card-to-card, mobilbank xidmətləri  yubiley kartlarının digər üstünlüklərindəndir.  

    “Amrahbank”ın yubiley kartlarını əldə edə bilmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə bankın istənilən filialına müraciət edə bilərsiniz. Bundan başqa 987 saylı məlumat mərkəzinə və yawww.amrahbank.com , www.facebook.com/amrahbank internet səhifələrinə daxil olmaqla yubiley kartlarının şərtlərilə daha yaxından tanış ola bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

   “Amrahbank”ın yubiley kartları ilə imkanlarınızı bir daha artırın! 

   1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. 

   Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır. 

   Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.