Bankomat və ya “Şəxsi Kabinet” funksiyası vasitəsilə, “Hesaba mədaxil” xidməti istifadəyə verildi! | Banco.az

Bankomat və ya “Şəxsi Kabinet” funksiyası vasitəsilə, “Hesaba mədaxil” xidməti istifadəyə verildi!

“Bank Technique” ASC daha bir innovativ xidmətini müştərilərinin ixtiyarına verdi. Artıq hesablara vəsaitlərin mədaxil olunması üçün Banka gəlməyə ehtiyac yoxdur! İndi, “Bank Technique”də xidmət olunan hesablara, ödəniş (plastik) kartına sahib olan istənilən şəxs, bankomatlar (ATM) və ya online.banktechnique.az saytındakı “Şəxsi Kabinet” funksiyası vasitəsilə pul mədaxilini edə bilər. Bu cür əməliyyatlardan həm kreditlərin ödənişi, həm də şəxsi koçürmə və ya hesabın möhkəmləndirilməsi məqsədilə yararlanmaq olar.

Xidmətdən Bankın bankomatları (ATM) vasitəsilə faydalanmaq üçün, istənilən ödəniş (plastik) kartı ilə ATM-in menüsunda “Ödənişlər”, daha sonra “Bank xidmətləri” bölməsinə keçmək, ödəniş təyinatı növlərindən (“Kredit ödənişi”, “Hesaba mədaxil” və “Şəxsi köçürmə”) birini seçmək, müvafiq bank hesabı nömrəsini və mədaxil olunan məbləği daxil etmək yetərlidir.

Ən sərfəli kredit üçün müraciət et

“Hesaba mədaxil” xidmətindən online.banktechnique.az saytı vasitəsilə istifadə etmək üçün isə, artıq “Şəxsi Kabinet”də qeydiyyatdan keçmiş istənilən müştəri, eyni adlı bölməyə daxil olub, hesab nömrəsini axtarışa verir. Əgər Bankda bu hesab nömrəsi mövcuddursa, köçürülən məbləğ, onun valyutası və ödəniş təyinatını daxil etmək vacibdir. Məlumatların doğruluğu yoxlanıldıqdan sonra, cəmi bir neçə saniyə ərzində hesaba vəsaitləri mədaxil etmiş olursunuz. 

Xidmət üzrə komisyon haqq 0.1% (minimum, 0.20 AZN) təşkil edir. Əməliyyatlar, saat 18:00-dan sonra və qeyri-iş günləri aparıldıqda, vəsaitlər hesaba növbəti gün mədaxil olunur.

Bank haqqında daha ətraflı məlumatı bu linkə daxil olub əldə edə bilərsiniz  - http://banco.az/az/banks