Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti bir barel üçün 84,12 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,13 dollar (0,15%) aşağıdır. Bazar ertəsi bu müqavilələr bir barel üçün 1,63 dollar (2%) artaraq 84,25 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,16 dollar (0,2%) ucuzlaşaraq 80,17 dollar olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,88 dollar (2,4%) artaraq bir barel üçün 80,33 dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!