2024-cü ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 463.9 mln. dollar azalıb.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (-11.9 mln. dollar), portfel investisiyaları (4.4 mln. dollar) və digər investisiyalar (-456.4 mln. dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 058.4 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-358.6 mln. dollar), neft bonusu (456.4 mln. dollar), portfel investisiyaları (-898.8 mln. dollar) və digər investisiyalar (-1 257.4 mln. dollar) hesabına formalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!