“Teleqram”da daxili valyuta yaradılıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Teleqram”da daxili valyuta yaradılıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Teleqram” mesaj mübadiləsi sistemində minitətbiqlərdə rəqəmsal xidmətlər və malların ödənişi üçün daxili valyuta yaradılıb.

Banco.az xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov özünün teleqram kanalında bildirib.

“Bu gün əlamətdar gündür, biz “Telegram Stars”ı işə salırıq. Bu, minitətbiqlərdə rəqəmsal xidmətlərə görə ödəniş etmək üsuludur”, – Durov açıqlayıb.

Onun sözlərinə görə, “Telegram Stars”ın vasitəsilə elektron kitablar, kurslar, oyunlarda müxtəlif əşyalar və daha çox şey əldə etmək mümkündür.

Bundan əlavə, valyuta “Fragment” platforması vasitəsilə “Toncoin”ə çevrilir.

Qeyd olunub ki, yeni valyutadan güzəştli şərtlərlə “Telegram”da tətbiq reklamı almaq üçün də istifadə oluna bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram