“Microsoft” İsveçdə məlumat mərkəzlərini genişləndirmək üçün rekord məbləğdə sərmayə qoyacaq | Banco.az

“Microsoft” İsveçdə məlumat mərkəzlərini genişləndirmək üçün rekord məbləğdə sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

“Microsoft” İsveçdə bulud və süni intellekt infrastrukturunun inkişafına 3,2 milyard dollar sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

“Amerikanın texnologiya nəhəngi “Microsoft” “bulud infrastrukturu və süni intellektə” 34 milyard İsveç kronu (3,2 milyard dollar) məbləğində sərmayə qoyacaq və 250 min insanı bu texnologiyalar üzrə təlimatlandıracaq”, - deyə məlumatda bildirilir.

“Microsoft”un prezidenti Bred Smitin sözlərinə görə, bu, “Microsoft” üçün tarixi investisiyadır və şirkətin İsveçə ən böyük sərmayə qoyuluşudur. Vəsait Sandviken, Qövle və Stafantorpda mövcud server mərkəzlərinin genişləndirilməsinə sərf olunacaq. 

Qeyd edilir ki, mərkəzlər 20 min müasir qrafik prosessorlar ilə təchiz ediləcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram