“PAŞA Bank” “Azərbaycan bazarında sindikat kreditləşməsi” konfransı keçirib | Banco.az

“PAŞA Bank” “Azərbaycan bazarında sindikat kreditləşməsi” konfransı keçirib

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” “Azərbaycan bazarında sindikat kreditləşməsi” mövzusuna dair konfrans keçirib.

Bakıda 4 iyun tarixində keçirilən tədbirdə dövlət qurumları, ölkənin maliyyə sektorunun aparıcı oyunçuları, yerli və beynəlxalq şirkətlərin təmsilçiləri, “PAŞA Bank” rəsmiləri və ümumilikdə 100-dən çox digər qonaqlar iştirak edib.

Konfrans iştirakçıları sindikat kreditlərinin cəlb edilməsi üzrə beynəlxalq təcrübəni və burada bankların mövqeyini, bu sahədə dövlət və özəl sektor arasında əməkdaşlıq strategiyalarını, iqtisadiyyatın əsas sektorları və sahibkarlığın dayanıqlı inkişafında sindikat kreditlərinin rolunu və digər mövzuları müzakirə ediblər. Panel müzakirələrində yerli və xarici bankların əməkdaşlığı, Azərbaycan bazarına xarici investorların marağının artırılması və eləcə də ölkənin sindikat kreditlərinin hüquqi aspektləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram