“Tesla” səhmdarı Maskı məhkəməyə verdi | Banco.az

“Tesla” səhmdarı Maskı məhkəməyə verdi

Müəllif:Ayşən İmanova/Banco.az

“Tesla”nın səhmdarlarından olan Maykl Perri “şirkət daxilindən məlumat sızdırdığı” iddiası ilə “Tesla”nın baş direktoru Maska qarşı iddia qaldırıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük elektrik avtomobil istehsalçılarından biri “Tesla”nın səhmdarlarından olan Maykl Perri şirkətin baş direktoru, amerikalı milyarder İlon Maska qarşı "şirkət daxilindən məlumat sızdırdığı" iddiası ilə 7,5 milyard dollarlıq iddia qaldırıb.

Bildirilir ki, Mask potensial olaraq yalnış olmayan istehsal və tədarük məlumatlarının yayımlanmasından əvvəl səhmləri satmaqda ittiham olunur.

Səhmdar Maykl Perri Delaver Kanser Məhkəməsində qaldırılan iddiada “Tesla”nın səhmlərinin 2 Yanvar 2023-cü il tarixində şirkətin dördüncü rüb üzrə mənfəətinin açıqlanmasından sonra kəskin şəkildə aşağı düşdüyünü bildirib. O, Maskın təxminən 3 milyard dollarlıq daxili mənfəətdən "düzgün olmayan şəkildə faydalandığını" iddia edib.

İddia həmçinin “Tesla” rəhbərlərini Maska səhm satmağa icazə verərək fidusiar vəzifələrini pozmaqda ittiham edib.

İddia ərizəsində Perri, 2022-ci ildə “Tesla”nın avtomobillərinə tələbatın "əla" olduğunu söyləyən Maskın real vaxt məlumatlarına çıxışı sayəsində gözləniləndən aşağı rəqəmləri noyabrın ortalarında öyrəndiyini və səhmlərini satışdan əvvəl satdığını bildirib. 

Tələblə bağlı narahatlıqları artıran avtomobil endirimləri xəbərindən və yanvar ayında rəqəmlərin açıqlanmasından sonra “Tesla” səhmləri düşdü. Səhmdar hesab edir ki, Mask bu məlumatın ictimaiyyətə açıqlanmasını gözləsəydi, səhmlərin satışı ona alınan məbləğin 55%-dən azını gətirərdi.

İddiaçı sahibkarın sövdələşməni edərkən vəzifəsindən istifadə etdiyini  və Maskın əldə etdiyi mənfəətin şirkətin kapitalına qaytarılmasını tələb edir. 

Qeyd edək ki, Mask hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram