Eyfel qülləsini ziyarət haqqı artırılır | Banco.az

Eyfel qülləsini ziyarət haqqı artırılır

Müəllif:Ayşən İmanova/Banco.az

Paris Olimpiadası ərəfəsində Eyfel qülləsini ziyarət haqqı artırılır.

Banco.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Eyfel Qülləsinin İstismarı Cəmiyyətinə (SETE) istinadən xəbər verir.

Məlumata görə, iyunun 17-dən etibarən qüllədə liftdən istifadə etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə 42% artırılacaq.

Bildirilib ki , zirvəyə liftlə çıxan böyüklər üçün bilet əvvəlki 29,4 avro əvəzinə 35,3 avroya başa gələcək. 12-14 yaş arası uşaqlar üçün eyni biletin qiyməti 17,7 avro, 4-11 yaşlı uşaqlar üçün isə 8,9 avro olacaq.

Fransa mediası bildirir ki, qiymət artımından məqsəd tikilinin təmir xərclərini qarşılamaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Eyfel qülləsi dünyanın ən çox baş çəkilən abidələri sırasında yer alır. Ötən il qülləni 6,3 milyondan çox turist ziyarət edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et