İyunun 2-də Ər-Riyadda onlayn keçirilməsi planlaşdırılan OPEC iclası və OPEC+ nazirlərinin görüşü baş tutacaq.
Banco.az xəbər verir ki, bu barədə nümayəndə heyətlərindəki mənbə məlumat verib.
İlkin olaraq iyun görüşlərinin iyunun 1-də Vyanada keçirilməsi nəzərdə tutulurdu. Daha sonra görüş onlayn olaraq iyunun 2-nə köçürülüb.
Məlumata görə, OPEC+ ölkələri alyansın cari neft hasilatı siyasətini müzakirə etməyi planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!