Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır.
Bu barədə Dünya Bankının icra etdiyi Azərbaycan Çevik Texniki Yardım Aləti AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin monitorinq və hesabatlılıq şöbəsinin müdiri İlham Salmanov deyib.
O bildirib ki, strategiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırlayır, rəy və təkliflərin əldə olunması üçün dövlət qurumlarına göndərilib. “Strategiyanın formalaşdırılması zamanı bütün dövlət qurumlarının maraqları nəzərə alınır, hazırda strategiya üzərində təkmilləşdirilmələr aparılır”- İ.Salmanov əlavə edib.
apa
Bizi sosial şəbəkələrdən izləyin!!