İşçilər şirkətdən ayrılanda rəhbərlər necə davranmalıdır? | Banco.az

İşçilər şirkətdən ayrılanda rəhbərlər necə davranmalıdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Yaxşı işçilər işdən ayrılmaq barədə qərar verdikdə rəhbərlərindən emosional reaksiya, fikirlərindən daşındırmaq cəhdlərini gözləyirlər. Çünki rəhbərlər sözdə əvəzolunmaz əməkdaşın olmadığını desələr də, bəziləri ürəklərində bu qaydadan özlərinin istisna olduğuna inanırlar”. 

Banco.az-ın məlumatına görə, bunu idarəetmə üzrə konsultant və təlimçi Şahin Qədimli deyib. Ekspert qeyd edib ki, əks halda rəhbərin motivlərindən asılı olmadan işçinin bütün ümidləri boşa çıxa bilər.

Şahin Qədimli hesab edir ki, rəhbərin prizmasından vəziyyət bir qədər fərqli görünür:

“Əməkdaşı dayandırmağa cəhd etməməyin səbəbləri müxtəlif olur. Bəzən rəhbər işçinin maraqlarını üstün tutur. Başa düşür ki, əməkdaş daha böyük, daha imkanlı, daha iddialı iş yerində işləmək üçün yetişib, cari iş yeri onun üçün kiçikdir. O anlayır ki, işçinin karyerasının inkişafı, layiq olduğunu alması üçün ayrılmağı yaxşıdır. Bəzən də olur ki, rəhbər özü əməkdaşdan ayrılmaq barədə qərar qəbul etdiyinə görə inciyir və məhz bu səbəbdən onun fikrini dəyişdirməyə cəhd etməyi uyğun hesab etmir. Elə rəhbərlər də var ki, sadəcə təbiətcə sakitdir və emosiyalarını heç nümayiş etdirmirlər”.

Ən sərfəli kredit üçün müraciət et

Konsultant fikirlərinə əlavə olaraq qeyd edib ki, canla-başla vəzifəsini sonadək yerinə yetirmiş əməkdaşları layiqli yola salmaq, onun ayrılmasının şirkət üçün itki olduğunu bildirmək rəhbər üçün ən düzgün davranışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram