Avropa İttifaqı 50 ölkədə təsdiqlənmiş Enerji Xartiyası Sazişindən çıxmağa qərar verib | Banco.az

Avropa İttifaqı 50 ölkədə təsdiqlənmiş Enerji Xartiyası Sazişindən çıxmağa qərar verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Enerji Xartiyası Sazişindən çıxmağa qərar verib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri İttifaqın və Avropa Atom Enerjisi Birliyinin (Euratom) enerji sektoruna investisiyaları qoruyan Enerji Xartiyası Sazişindən çıxmasını təsdiqləyib.

Bu barədə Aİ bəyanat yayıb.

Bəyanatda deyilir ki, Aİ və Euratom sazişdən çıxdıqdan sonra sazişin tərəfləri olaraq qalmaq istəyən üzv ölkələr ilin sonuna qədər keçirilməsi gözlənilən Enerji Xartiyası Konfransında sazişin modernləşdirilməsini qəbul edə bilərlər.

Məlumat üçün qeyd edək ki, enerji sektorunda transsərhəd investisiyaları qorumaq üçün 1994-cü ildə imzalanmış Enerji Xartiyası Sazişi 1998-ci ildə qüvvəyə minib. Saziş enerji sektorunda, o cümlədən qalıq yanacaqlarda xarici investorlar üçün hərtərəfli hüquqlar və hüquqi aydınlıq təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda 50 ölkə, Aİ və Euratom tərəfindən təsdiqlənən saziş son vaxtlar intensiv müzakirə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et