Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” məlumat mərkəzi yaratmaq üçün Malayziyaya 2 milyard dollar sərmayə qoyacaq.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Google” Malayziyada ilk məlumat mərkəzini və “Google Bulud” regional obyektini inkişaf etdirmək üçün 2 milyard dollar sərmayə qoyacaq.
Bu barədə “Alphabet”in baş maliyyə direktoru Rut Porat cümə axşamı verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, sözügedən addım “Google”un Cənub-Şərqi Asiya ölkəsinə planlaşdırdığı ən böyük investisiya deməkdir.
Malayziya Ticarət Nazirliyinin məlumatına görə, bu məlumat mərkəzi və “Google Bulud” regional obyekti ölkədə müxtəlif sənaye sahələrində 26 min 500 iş yeri yaradacaq və ümumi iqtisadi təsiri 3,2 milyard dollar dəyərində olacaq.
Qeyd edək ki, ABŞ-ın texnologiya nəhəngləri son aylarda Cənub-Şərqi Asiyaya investisiyalarını sürətləndirib və yeni inkişaf imkanları axtarışında bu regiona milyardlarla dollar sərmayə qoyublar.
Bizi sosial şəbəkələrdən izləyin!!