Müəllif:Ayşən İmanova/Banco.az
Bu ilin birinci rübündə Almaniya sakinlərinin maaşları illik ifadədə 6,4% artıb.
Banco.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) bildirib.
Məlumata görə, inflyasiya nəzərə alınmaqla real əmək haqqı artımı 3,8% təşkil edib ki, bu da 2008-ci ildən bəri rekord göstəricidir.
Qeyd edək ki, 2021-ci ilin dördüncü rübü ilə 2023-cü ilin birinci rübü arasında yüksək inflyasiya səbəbindən Almaniyada maaşlar real ifadədə azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!