Xarizmatik liderlərin beş vacib xüsusiyyəti | Banco.az

Xarizmatik liderlərin beş vacib xüsusiyyəti

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Strateji kommunikasiyalar, reputasiyanın idarə edilməsi və liderlik üzrə tanınmış ekspert Kevin Murrey həm də qlobal şirkətlərin prezidentlərinə, baş direktorlarına və onların rəhbər komandalarına da  məsləhətlər verib. 

40 illik təcrübəyə malik K. Murrey eyni zamanda bir çox nəşrin də müəllifidir.

Banco.az onun xarizmatik liderlər haqqında olan beş məsləhətini təqdim edir:

1. Autentiklik: dürüstlük, dəyərlərə sadiqlik, özünün güclü və zəif tərəflərini tanıma və bunu gizlətməmə.
2. Şəxsiyyətin gücü: vəziyyətə təsir etmə gücünün göstərilməsi, əminlik, enerji və pozitivlik.
3. Xeyirxahlıq: insanların ən yaxşı keyfiyyətlərini biruzə vermələrinə dəstək, diqqətlilik, hörmət, empatiya, dinləmə qabiliyyəti.
4. Məqsədyönlülük: ruhlandırıcı hədəflərin müəyyən edilməsi, komandanı ilhamlandırma, işinə qarşı ehtiras, səlahiyyətləndirmə.
5. İnandırıcılıq: inandırma qabiliyyəti, motivasiyaedici kommunikasiya, çıxış bacarığı, storitellinq.

Ən sərfəli kredit üçün müraciət et

K.Murrey düşünür ki, keyfiyyətlərin hamısı bir insanda cəmləşməlidir, əks durum şirkətə destruktiv təsir göstərir. Xarizmatik lider üçün insanların ona deyil, özlərinə necə münasibət bəsləməsi vacibdir. Ekspertin fikrincə bu keyfiyyətlərin hamısını inkişaf etdirmək mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et