Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-aprel ayarında 18 milyon 62 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 565 min manat və ya 33,8% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 484 min manat və ya 7,9% artaraq 6 milyon 572 min manata çatıb. Ötən ilin ilk 4 ayında bu növ üzrə yığımların məbləği 13 milyon 497 min manat, ödənişlərin məbləği isə 6 milyon 89 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!