Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb

2024-cü ilin ilin yanvar-aprel aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 23,8% azalaraq 13 milyard 633,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Son bir ildə ölkə üzrə ixrac 35,1% azalaraq 8 milyard 168,6 milyon ABŞ dolları, idxal isə 3,1% artaraq 5 milyard 464,7 milyon ABŞ dolları təşkil edib.

Xarici ticarət dövriyyəsinə 2 mlrd. 703,8 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram