Qazaxıstan Prezidenti fərman imzaladı: İqtisadiyyat liberallaşdırılır | Banco.az

Qazaxıstan Prezidenti fərman imzaladı: İqtisadiyyat liberallaşdırılır

Qazaxıstan Prezidenti Tokayev iqtisadiyyatda dövlət sektorunun payının azaldılması və rəqabətin inkişafına yönəlmiş “İqtisadiyyatın liberallaşdırılması tədbirləri haqqında” fərman imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, Qazaxıstan Respublikasının Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyinin nəzdində özəlləşdirməyə çıxarılan dövlət aktivləri üçün meyarların işlənib hazırlanmasını və onların siyahısının formalaşdırılmasını təmin edəcək Milli Özəlləşdirmə İdarəsinin yaradılması nəzərdə tutulur.

Bundan əlavə, məhsul bazarlarında rəqabətin inkişafı üçün tədbirlər hazırlanıb.

“Tənzimləmə siyasətinin daha da təkmilləşdirilməsi, biznesin açılması və aparılması prosedurlarının liberallaşdırılması üzrə tədbirlər təklif olunur. Beləliklə, istehlakçıların kvazi-dövlət təşkilatları tərəfindən göstərilən kommersiya xidmətlərinə çıxışının, texniki şərtlərin əldə edilməsi və qoşulma prosedurlarının sadələşdirilməsi və avtomatlaşdırılması (rəqəmləşdirilməsi) nəzərdə tutulur”, - deyə mətbuat xidmətindən bildiriblər.

Qazaxstan standartlarına əsasən layihə-smeta sənədləri məcburi işlənmədən obyektlərin tikintisi üçün qabaqcıl beynəlxalq standartlara cavab verən layihələrdən istifadə imkanının təmin edilməsi tapşırılıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram