Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin birinci rübündə 13 milyon 304 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyon 589 min manat və ya 36.9% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 9 min manat və ya 0,2% artaraq 4 milyon 578 min manata çatıb. Ötən ilin ilk rübündə bu növ üzrə yığımların məbləği 9 milyon 715 min manat, ödənişlərin məbləği isə 4 milyon 569 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!