Müəllif:Ayşən İmanova/Banco.az
Niderland hakimiyyəti dövlət qurumlarına "Facebook" sosial şəbəkəsindən istifadə etməməyi tövsiyə edib.
Banco.az xəbər verir ki, bu barədə Niderland Hökuməti məlumat yayıb.
Məlumatların Mühafizəsi Təşkilatı bildirib ki, dövlət qurumları Facebook-dan ictimaiyyətlə ünsiyyət kanalı kimi istifadə etməməlidirlər. Çünki hazırda sosial şəbəkənin dövlət saytlarına daxil olan vətəndaşların şəxsi məlumatlarından necə istifadə etməsi barədə dəqiq anlayış yoxdur. Bu xüsusilə yetkinlik yaşına çatmayanlara aiddir.
Agentliyin bəyanatında deyilir ki, hökumət Facebook-dan istifadə ilə bağlı riskləri tez bir zamanda aradan qaldırmalıdır. Belə tədbirlər görülməyənə qədər dövlət qurumlarına bu sosial şəbəkədən istifadə etməmək tövsiyə olunur.
Qeyd edək ki, bundan öncə Niderland hökumətinin üzvlərinə casusluqla bağlı narahatlıqlar səbəbindən iş telefonlarında “TikTok” sosial şəbəkə tətbiqindən istifadə qadağan edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!