Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ Rusiya mənşəli alüminium, mis və nikelin idxalına qadağa qoyub.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
“Nəticədə, qanunvericilikdə nəzərdə tutulmuş bir sıra istisnalar istisna olmaqla, Rusiya mənşəli alüminium, mis və nikelin ABŞ-a idxalı, o cümlədən ABŞ-da yerləşən xarici ticarət zonasına daxil olmaq üçün idxalı qadağandır. ”, - agentliyin bəyanatında deyilir. Qadağa 2024-cü il aprelin 13-dən əvvəl çıxarılan metallara şamil edilmir.
Yeni sanksiya tədbirləri Böyük Britaniya ilə razılaşdırılaraq həyata keçirilib.
Məhdudiyyətlər həmçinin qlobal metal birjalarında və birjadankənar törəmə əməliyyatlarında Rusiya mənşəli alüminium, mis və nikelin istifadəsini məhdudlaşdırır. Nəticədə London Metal Birjası (LME) və Çikaqo Ticarət Birjası (CME) Rusiya metallarının qəbuluna qadağa qoyacaqlar.
Bizi sosial şəbəkələrdən izləyin!!