"Alphabet" "HubSpot"u almaq təklifini nəzərdən keçirir | Banco.az

"Alphabet" "HubSpot"u almaq təklifini nəzərdən keçirir

Müəllif:Ayşən İmanova/Banco.az

"Alphabet" marketinq, satış və müştəri xidməti üçün proqram təminatının ABŞ-da inkişaf etdiricisi olan HubSpot-u almağı düşünür.

Banco.az xəbər verir ki, 2006-cı ildə əsası qoyulan HubSpot-un bazar dəyəri təxminən 35 milyard dollardır.

"Alphabet" nümayəndələri mümkün alış təklifini müzakirə etmək üçün son bir neçə gün ərzində Morgan Stanley bankirləri ilə görüşüblər. Xüsusilə, "Alphabet" rəhbərliyi HubSpot-a təklif etməli olduğu təxmini məbləği və Amerika tənzimləyicilərinin texnologiya sektorunda əməliyyatlar üzərində nəzarəti gücləndirdiyini nəzərə alaraq, bu əməliyyatı tamamlamaq şansının olub-olmadığını anlamaq istədiyi bildirilir. 

Agentlik mənbələri bildirirlər ki, hələlik "Alphabet" HubSpot-a almaq təklifi etməyib və ümumiyyətlə təklif edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, HubSpot 2023-cü ili 2,2 milyard dollar gəlirlə 176,3 milyon dollar xalis zərərlə başa vurub.Şirkətin səhmləri son 12 ayda təxminən bir yarım dəfə bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram