Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ilk 2 ayda (yanvar-fevral) Azərbaycan 34.9 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 192.3 milyon dollar və ya 84.6% (6.5 dəfə) azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2023-ci ilin eyni dövründə elektrik enerjisi ixracının ümumi dəyəri 227.2 milyon dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!