Pul kütləsinin artmasının müsbət və mənfi tərəfləri nədir? – Açıqlama | Banco.az

Pul kütləsinin artmasının müsbət və mənfi tərəfləri nədir? – Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu günə Azərbaycanda pul bazası 20 milyard 396,4 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 1,3 % çoxdur.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2,3 % azalıb, son 1 ildə isə 15,3 % artıb.

Bu  barədə Banco.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, pul bazasının artması iqtisadiyyatda pul kütləsinin çoxalması deməkdir:

“Pul bazasının həcmi pul kütləsinin Mərkəzi Bank tərəfindən surətdə müdaxilə edə biləcəyi likvid pul hissəsini göstərir. Bura həm nağd pul, həm də kommersiya banklarının hər birinin Mərkəzi Bankda ehtiyatı nəzərdə tutulur.  Pul bazasının artması aktivliyə xeyir versə də,  eyni zamanda da inflyasiyanı da artıran məsələlərdən biridir”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı Elman Sadıqov isə düşünür ki,  bir ölkədə əlavə pul kütləsi həmin ölkənin sonrakı iqtisadi inkişaf dinamikası ilə düz mütənasib olarsa, paralel olarsa, bu iqtisadi inkişafa səbəb olar, belə olmazsa buraxılan əlavə pul kütləsi əvvəl-axır inflyasiya təzyiqi yaradar:

 "Burada buraxılan əlavə pul kütləsinin hansı sürət (pulun dövretmə sürəti) və effektlə cari hesablarda, bank depozitlərində, kredit verilişlərində (M1, M2, M3), investisiyaların həcmində oynadığı rol və digər mürəkkəb amillər də monetar siyasətdə başlıca faktorlardandır. Əlavə pul kütləsi iqtisadi artımla düz mütənasib olmasa, buraxılan əlavə pul inflyasiya təzyiqi yaradar. 2016-cı ilin əvvəlində beynəlxalq forumlardan birində Azərbaycan iqtisadiyyatına 20 milyard manata qədər investisiyanın tələb olunduğunu da ölkədə daxili kreditləşmənin həcmi, ÜDM, M pul kütlələrinin təhlili əsasında qeyd etmişdim. Qısası, pul kütləsi və göstəriciləri əslində bir çox məsələlərin həlli üçün düşündüyümüzdən daha əhəmiyyətli, dərin və genişdir”.