Müəllif:Mehin Qasımova/Banco.az
2023-cü ildə dünyada ən çox istehsal edilən avtomobillər açıqlanıb.
Banco.az xəbər verir ki,Fransanın avtomobil araşdırma şirkəti Inovev tərəfindən dərc edilən son hesabatla 2023-cü ildə dünyada ən çox istehsal edilən avtomobillər müəyyənləşib.
Paylaşılan hesabata görə,Tesla Model Y 2023-cü ildə ən çox istehsal edilən və satılan avtomobil modeli olub.İkinci yerdə Toyota-nın RAV4 modeli və Ford-un F seriyası qərarlaşıb.Kütləvi istehsalda 5 avtomobili olan Tesla onlardan ikisini ilk 10-luqda yerləşdirməyi bacarıb.
Toyota isə dünyada ən çox istehsal edilən 10 avtomobildən 4-nə sahib olmaqla dünyanın ən çox seçilən avtomobil markası olub.
Keçən il ən çox istehsal edilən 10 avtomobil və onların istehsal həcmi aşağıdakılardır:
Tesla Model Y - 1 milyon 137 min 885
Toyota RAV4 - 989 min 517
Ford F seriyası - 933 min 198
Toyota Corolla - 869 min 228
Honda CR-V - 679 min 832
Ram Trucks - 651 min 581
Toyota Hilux - 646 min 975
Toyota Camry - 645 min 915
BYD Song - 645 min 264
Tesla Model 3 - 636 min 519
Bizi sosial şəbəkələrdən izləyin!!