İtaliya Azərbaycanın əsas neft idxalçısı olub | Banco.az

İtaliya Azərbaycanın əsas neft idxalçısı olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

İtaliya bu ilin yanvar-fevral aylarnda Azərbaycandan 1 milyard 32 milyon 904 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 124 milyon 570 min dollar və ya 10,8% azdır.

Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 10,1% azalaraq 1 milyon 628 min ton olub.

Qeyd edək ki, bu dövrdə İtaliya Azərbaycanın əsas neft alıcısı olub.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram