Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Rusiya üçün Avropa Birliyinin ilk dəfə tətbiq edəcəyi yerli taxıl üçün yeni rüsumlar kritik deyil.
Banco.az-ın məlumatına görə, bu fikri Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut Avropa Komissiyasının müvafiq planlarını şərh edərkən bildirib.
“Aİ-də məhdudiyyətlər hələ də müəyyən dərəcədə qüvvədədir, çünki Avropada kvota sistemi var, amma bizdə yumşaq buğda üçün ölkə kvotası yoxdur. Müvafiq olaraq, burada Rusiya üçün nəticələr minimal olacaq”, - Korbut qeyd edib.
O vurğulayıb ki, əgər 2024-cü ildə Rusiya 65-67 milyon ton taxıl ixrac edirsə, o zaman Avropaya gedən 1 milyon 700 min ton "arxa planda" qalacaq.
Korbutun sözlərinə görə, yeni məhdudiyyətlər qlobal bazar üçün o qədər də yaxşı siqnal sayılmayacaq.
“Biz sadəcə olaraq əsas bazarlara - Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizinə taxıl tədarükünü davam etdirəcəyik. Səudiyyə Ərəbistanı və Əlcəzair bizdən Avropadan daha çox məhsul alır”, - deyə Korbut yekunlaşdırıb.
Qeyd edək ki, Avropa Komissiyası yaxın günlərdə avropalı fermerləri sakitləşdirmək üçün Rusiya və Belarusdan taxıl idxalına rüsum tətbiq edəcək . Yeni rüsumlar 95 avro və ya hər ton taxıl üçün təxminən 103 dollar (təxminən 9,4 min rubl) təşkil edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!